Dövlət-Özəl Sektor Tərəfdaşlığı (PPP)

  • Tərəfdaşlığın iki tərəfi olur: dövlət və özəl sektor;

  • Tərəflərin münasibətləri rəsmi sənədlərdə ək etdirilir;

  • Tərəflərin münasibətləri əməkdaşlıq, daha doğrusu bərabərhüquqlu xarakter daşımalıdır;

  • Əməkdaşlıq edən tərəflər dövlət maraqlarının reallaşdırılmasına yönəlmiş ümumi məqsəd və vəzifələrə malik olmalıdır;

  • Tərəflər ümumi məqsədə çatmaq üçün öz səylərini birləşdirməlidirlər;

  • Tərəflər öz aralarında xərcləri və riskləri bölüşdürməlidirlər;

  • Dövlət və biznes arasındakı tərəfdaşlığın reallaşdırılması üçün müxtəlif modellərdən, formalardan istifadə olunmalıdır.

 

- Qanunun aliliyi. Dövlət orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunlara və müvafiq hüquqi-normativ aktlara ciddi əməl olunması;

- Ədalətlilik. Tender içtirakçılarına bərabər yanaşma, biznes partnyorun seçimində obyektivliyə və tərəfsizliyə əməl olunması, dövlət və biznesin vicdana və qaşılıqlı faydalılığa əsaslnanan tərəfdaşlığı, səlahiyyətlərin, məsuliyyət və risklərin razılaşdırılmış bölgüsü, qanun qarşısında dövlət və biznesin bərabərliyi;

- Şəffaflıq. Dövlət-Özəl sektor tərəfdaşlığının bütün mərhələlərində informasiyanın əlçatanlığının təmin olunması;

- Rəqabətlilik. Müsabiqə zamanı diskriminasiya və məhdudiyyətlərin olmaması;

- Müqavilə azadlığı. Dövlət-Özəl sektor tərəfdaşlığı zamanı tərəflərin azad şəkildə hüquq və məsuliyyətlərinin müəyyən olunması;

- Ekoloji təhlükəsizlik. Dövlət-Özəl sektor tərəfdaşlığı layihələrinin icrası zamanı ətraf mühitin qorunması ilə bağlı tələblərin nəzərə alınması;

- İctimai rəy. Dövlət-Özəl sektor tərəfdaşlığı layihələri ilə bağlı qərar qəbulunda yerli ictimaiyyətin rəyinin nəzərə alınması bu tip layihələrin gələcəyinə verilən təminatdır;

- Dövlət-Özəl sektor tərəfdaşlığı tələb olunan obyekt və xidmətlərin siyahısının prezident və ya hökumət tərəfindən təsdiq olunması. Bu siyahını təsdiq etməklə dövlət özəl sektora dəstəyini bildirməklə yanaşı, potensial biznes partnyorları fəallaşdırır.

 

Bu əməkdaşlıq mexanizləri sayəsində aşağıdakı problemlər həll olunur:

- Özəl kapitalın, ilk növbədə, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır;

- Dövlət büdcəsinin yükü azaldılır;

- Dövlət xidmətlərinin keyfiyyəti yüksəlir;

- Dövlət sektoruna inkişaflın vacub mərhələsində özəl sektorun fəaliyyətini tənzimləməklə strateji funksiyaların və əsas məsələlərin üzərində diqqətini cəmləşdirməyə imkan yaradılır;

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı fərqlər aradan qaldırılır;

- Özəl təşəbbüsləri və işgüzar fəallığı yüksəltmək yolu ilə gizli iqtisadiyyatın masştabları daraldılır;

- Büdcə vəsaitlərinin istifadəsi zamanı şəffaflığı və hesabatlılığı təmin etmək vasitəsi ilə korrupsiyanın səviyyəsinin aşağı salmaq mümkün olur.

Hazırkı şəraitdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığının bir neçə aspektdən üstünlüklərini qeyd etmək olar:

Dövlət üçün:

- Neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektorun imkanları hesabına reallaşdırmaq;

- Özəl sektorun təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq;

- Layihələrlə bağlı risklərin bir hissəsini özəl sektorla bölüşmək imkanı;

- Təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- İstehsal və sosial infrastukturu inkişaf etdirmək;

- İnvestisiya iqlimini yaxşılaşdırmaq;

- Regionları inkişaf etdirmək.

Özəl sektor üçün:

- Yeni investisya imkanlarının (bazarlar, gəlirlər) yaranması;

- Kommersiya risklərinin azalması;

- Özəl sektorun potensialının yüksəlməsi;

- Böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşması.

İstehlakçılar üçün:

- Təqdim olunan xidmətlərin əlaçatanlığı, qiymətlə keyfiyyətin optimai uyğunluğu;

- Yeni iş yerlərinin yaradılması;

- Əhalini həyat səviyyəsinin yüksəlməsi.

 

1. ВВО (Buy, Build, Operate – əldə etmə - tikinti - istismar/idarəetmə). Bu mexanizm dövlət mülkiyyətinin müqavilə şərtlərinə uyğun olaraq özəl şirkətə verilməsini nəzərdə tutur. Müqaviləyə uyğun olaraq əmlak modernləşdirilir və müəyyən zaman kəsimində istismar olunur. Bununla yanaşı, müqavilənin qüvvədə olduğu müddətdə layihə fəaliyyətlərinə dövlət nəzarəti həyata keçirilir.

2. BOT (Build, Operate, Transfer - tikinti - istismar/idarəetmə - təhvil). Bu mexanizm adətən, konsessiya müqavilələrində istifadə olunur. İnfrastruktur obyekti konsessioner tərəfindən yaradılır, tikinti bitdikdən sonra isə qoyulmuş vəsaitin ödənilməsinə qədər müddətdə istismar edilir. Yalnız bundan sonra obyekt dövlətə təhvil evrilir. Konsessionerin obyektdən istifadə hüququ olur, obyektə sahiblik isə dövlətə məxsusudur

3. BOOT (Build, Own, Operate, Transfer - tikinti - sahiblik - istismar/idarəetmə - təhvil). Bu halda isə müqavilə qüvvədə olduğu müddətdə obyektdən istifadə ilə yanaşı sahiblik hüququ da özəl şirkətdə olur. Müqavilə müddəti bitdikdən sonra obyekt dövlətə təhvil verilir.

4. BTO (Build, Transfer, Operate - tikintitəhvil - istismar/idarəetmə). Bu mexanizm zamanı tikinti bitdikdən dərhal sonra dövlətə təhvil verilir. Sonra obyekt özəl patnyorun istifadəsinə verilir. Ancaq sahiblik hüququ yenə də dövlətdə qalır.

5. BOO (Build, Own, Operate - tikinti - sahiblik - istismar/idarəetmə). Bu halda tikilmiş obyekt müqavilə müddəti bitənə qədər dövlətə təhvil verilmir, investorun sərəncamında qalır.

6.  BOMT (Build, Operate, Maintain, Transfer - tikinti - itisamar/idarəetmə - xidməttəhvil). Belə əməkdaşlıqda əsas diqqət infrastruktur obyektlərindəki qurğu və tikililərin təmiri və saxlanması ilə bağlı özəl şirkətin məsuliyyətinə yetirilir.

7. DBOOT (Design, Build, Own, Operate, Transfer – layihələndurmə - tikinti - sahiblik - İstismar/idarəetmə - təhvil). Belə müqavilələrdə özəl partnyorun infrastruktur obyektinin yalnız tikintisi ilə bağlı deyil, həm də onun layihələndirilməsi sahəsində məsuliuyyəti əks etdirilir.

8. DBFO (Design, Build, Finance, Operate – layihələndirmə - tikinti – maliyyələşdirmə - istismar/idarəetmə). Özəl sirkət uzunmüddətli icarə müqaviləsi əsasında obyekti layihələndirir, maliyyələşdirir və istismar edir. Bununla yanaşı, müqavilədə özəl partnyorun obyekti icarə müddəti bitəndən sonra dövlətə təhvil verməsi ilə bağlı ayrıca müddəa olur.

9. BLOT (Build, Lease, Operate, Transfer - tikintiicarə - istismar/idarəetmə - təhvil). Bu halda özəl partnyor icarəyə götürdüyü obyektin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarı üçün franşiza alır.

10. İstismar hüququ (OperationLicense). Bu halda özəl şirkət razılaşdırılmış müddətdə məhsul istehsalı və ya xidmətlərin göstərilməsi hüququ (lisenziya) alır. Bu modeldən informasiya texnologiyları ilə bağlı layihələrdə daha çox istifadə olunur.

Dünya təcrübəsinin öyrənilməsi göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığının istifadə masştabı və tətbiq sahələri ildən-ilə genişlənir, dövlətlə biznesin tərəfdaşlığı üçün yeni formalar meydana gəlir, iqtisdiyyatın innovasiyalı inkişafı üçün şərait yaranır.